Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Maserati krossover Levante Trofeo təqdim edib

İtaliyanın Maserati şirkəti Nyu-York-2018 avtosalonunda gücləndirilmiş krossover Levante Trofeo təqdim edib. Porsche Cayenne Turbo-nun rəqibi olan avtomobil 590 a.g.-ə malik V8 mühərriki alıb.

Xatırladaq ki, italyan brendinin tarixində ilk olan bu yolsuzluq avtomobilinin gücləndirilmiş versiya alacağı barədə çoxdan söhbət gəzirdi. Güman edilirdi ki, avtomobil Maserati Levante GTS adlanacaq. Lakin modelin yeni modifikasiyası başqa ad aldı.

Yeni krossover Maserati Levante Trofeo-nun kapotu altında 3,8-litrlik V8 mühərriki dayanır. O, 590 a.g. və 730 Nm fırlanma anına malikdir. Qeyd edək ki, bu cür güc qurğusu superkar Ferrari 488 GTB-ə quraşdırılır. İtalyan avtomobilində hər 1 litr həcmə mühərrik 156 a.g. verir.

Bundan əlavə, yolsuzluq avtomobili Maserati Levante Trofeo-nun təchizatına təkmilləşdirilmiş intellektual tam ötürücü sistemi Q4 daxildir. Avtomobil yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənir, maksimal sürət isə 300 km/saatdan çoxdur. Şirkətdən hətta çox sürətli hərəkət zamanı da yüksək səviyyəli rahatlıq vəd ediblər.

Güclü mühərrikdən başqa, krossover Maserati Levante Trofeo ventilyasiya olunan kapot, fərqləndirici loqotiplər, karbon, 22-düymlük unikal təkər diskləri, ikili boruları olan idman qaz buraxma sistemi alıb.

Salonda idman oturacaqları, yeni sükan, cihazlar paneli, Bowers&Wilkins audio sistemi, 17 dinamik, karbon lifindən əlavələr, təzad yaradan tikişlər var. Avtomobilin elektron idarəetməsində yeni sistemi – launç-kontrol funksiyalı Corsa rejimi peyda olub.

AUTO.AZ



teqlər:
Maserati, Maserati Levante 09.04.2018

Şərhlər


AD