Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac yeni krossover təqdim edib

Nyu-York-2018 beynəlxalq avtosalonu kompakt yolsuzluq avtomobili Cadillac XT4-ün təqdimat məkanı oldu. Məşhur SUV seqmentinə aid premial avtomobilin interyeri və eksteryeri dəbli dizayn, idman versiyası alıb və artıq növbəti aydan minimal 35790 dollardan satışa çıxarılacaq.

Güman edildiyi kimi, yeni kompakt krossover Cadillac XT4 böyük Cadillac XT5 modelinə bənzəyir, lakin bəzi orijinal dizayner həllərinə malikdir. Avtomobilin banı perimetr boyunca əlavə plastik qoruyucu alıb. Ümumilikdə, modelin dizaynı amerikan markası üslubundadır. Ölçülər: uzunluğu 4599 mm, eni 1881 mm, hündürlüyü 1627 mm, təkər bazası 2779 mm-dir.

Rəsmi məlumata əsasən, Cadillac şirkətinin yeniliyi amerikan bazarında üç versiyada təklif ediləcək: XT4 Luxury, XT4 Premium Luxury və XT4 Sport. Modelin ən əlçatan variasiyası 18-düymlük disklər, qızdırıcılı oturacaqlar, dəri əvəzedicidən işləmələr, 2-zonalı avtomat klimat-kontrol, dörd USB port alıb.

Daha bahalı və möhtəşəm versiya Premium Luxury isə dəri interyer işləmələri, ətraf işıqlandırma, ağacdan və alüminiumdan işləmələr, avtomobil tündləşən arxa görünüş güzgüsü, sürücü oturacağının yaddaş funksiyası, təhlükəsizlik sistemi dəsti və sürücüyə yardım sistemi ilə lovğalana bilər.

Hazırda yeni kompakt yolsuzluq avtomobili Cadillac XT4 üçün yalnız bir mühərrik əlyetərlidir – 2,0-litrlik yükləyicili, 237 a.g.-ə və 258 Nm fırlanma anına malik aqreqat. Mühərrik 9-diapazonlu avtomat sürət qutusu ilə işləyir. Avtomobil baza variantında qabaq ötürücülüdür, lakin müştərilər tam ötürücü sistem də sifariş edə bilərlər.

AUTO.AZ

 



teqlər:
Cadillac, Cadillac XT4 07.04.2018

Şərhlər


AD