Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar-dan 550-güclü F-Pace SVR

Nyu-York-2018 beynəlxalq avtosalonu çərçivəsində Britaniyanın Jaguar şirkəti gücləndirilmiş yolsuzluq avtomobili F-Pace SVR-i rəsmən təqdim edib. Avtomobil 550 a.g. verən V8 mühərriki alıb.

Qeyd edək ki, indiyədək güclü yolsuzluq avtomobili Jaguar F-Pace 380-güclü mühərrikə malik idi və S literli idi. Belə avtomobil yerindən 100 km/saata 5,1 saniyəyə sürətlənir. İndi isə brendin pərəstişkarları daha güclü və sürətli avtomobil əldə etmək imkanına malikdirlər. Gücləndirilmiş yolsuzluq avtomobili Jaguar F-Pace SVR Britaniya şirkəti Jaguar-dan və Land Rover-dən yaxşı tanınan 5,0-litrlik mühərriklə təchiz edilir.

Məsələn, bu cür mühərrik F-Type və Range Rover Sport SVR kimi avtomobillərdə istifadə edilir. Nyu-Yorkda təqdim edilmiş Jaguar F-Pace SVR 550 a.g.-ə, 680 Nm fırlanma anına malik mühərrik alıb. Standart versiyada o, tam ötürücü sistem və 8-diapazonlu avtomat sürət qutusu ilə təchiz edilir.

Məlumata əsasən, JaguarF-Pace SVR yerindən 100 km/saata 4,1 saniyəyə sürətlənir, maksimal sürət isə 283 km/saatdır. Bundan əlavə, avtomobil fəal qaz buraxma sistemi, tənzimlənən klapanlar alıb.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Pace 06.04.2018

Şərhlər


AD