Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen-dən yeni pikap

Almaniyanın Volkswagen şirkəti konseptual pikap Atlas Tanoak Pickup Truck Concept-i təqdim edib. Gələcəkdə yeni seriyalı model kimi istehsal edilə biləcək bu yeni yük avtomobilinin dünya üzrə təqdimatı Nyu-York-2018 avtosalonunda baş tutub.

Şirkətdən bildiriblər ki, Volkswagen Atlas Tanoak Sakit okeanın ABŞ sahillərində bitən ağacın şərəfinə belə adlandırılıb. Təqdim edilən prototip alman markasının MQB platformasında yığılmış ilk pikapıdır.

Alman brendinin nümayəndələri bildiriblər ki, hazırda şirkət bu konseptin seriyalı versiyası barədə düşünmürlər. Lakin modelə maraq böyük olarsa, əlbəttə ki, o seriyalı versiya alacaq.

Volkswagen Atlas Tanoak Pickup Truck Concept 3,6-litrlik, 276 a.g. V6 FSI mühərriki, 8-diapazonlu avtomat sürət qutusu alıb. Yük avtomobilinin təchizatına 4Motion tam ötürücü sistem daxildir.

Avtomobil, həmçinin yolsuzluq üçün xüsusi rejimə və böyük 20-düymlük disklərə malikdir. Yerindən 100 km/saata sürətlənmə isə 8,5 saniyəyə baş verir.

AUTO.AZ



Şərhlər


AD