Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Toyota RAV4

Yaponiya nəhəngi Toyota Motor Corporation Nyu-York-2018 avtosalonunda yeni nəsil yolsuzluq avtomobili RAV4 təqdim edib. Qeyd edək ki, Toyota RAV4 modeli kompakt yolsuzluq avtomobili seqmentinin açılışını edən avtomobildir. Dizaynından asılı olmayaraq, Toyota RAV4-ün satışında heç vaxt problem olmayıb.

İndi isə Yaponiya şirkəti Nyu-York-2018 avtosalonunda Toyota RAV4-ün beşinci nəslini təqdim edib. Avtomobil FT-AC Concept-dən bir sıra dizayner həlləri alıb. Ekspertlərin fikrincə, yeni Toyota RAV4 1990-cı illərin ortalarında indiyədək ən maraqlı RAV4-dür. Belə ki, avtomobil daha sərt xarici görünüş alıb.

Güman edildiyi kimi, beşinci nəsil kompakt kross Toyota RAV4 TNGA (Toyota New Global Architecture) platformasında yığılıb. Bu, Prius, C-HR, Camry və Avalon modellərinin əsasında dayanır. Yeni platforma ölçülərə də təsir edib: təkər bazası 2660 mm-dən 2690 mm-ə, en 1845 mm-dən 1854 mm-ə qədər artıb. Uzunluq və hündürlük isə müvafiq olaraq 4605 mm-dən 4572 mm-ə, 1685 mm-dən 1699 mm-dək azalıb.

Texniki təchizata gəldikdə, yeni Toyota RAV4 iki modifikasiyada təklif ediləcək. Söhbət 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyən 2,5-litrlik, 4-silindrli VVT-iE mühərrikindən və 2,5-litrlik, elektrik mühərrikli hibrid versiyadan. At gücü barədə hələlik məlumat yoxdur.

AUTO.AZ



teqlər:
Toyota, Toyota RAV4 04.04.2018

Şərhlər


AD