Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce-dan unikal kupe

Britaniyanın Rolls-Royce şirkəti unikal kupe Wraith Luminary Edition-ın sirrini rəsmən açdı. Onsuz da möhtəşəm olan avtomobil bir sıra eksklüziv eksteryer və interyer elementləri alıb, o cümlədən tökülən ulduzları olan dam, yüksək keyfiyyətli dəri və diodlu palıd şponlar.

Kupe Rolls-Royce Wraith Luminary Edition Luminary Collection layihəsi çərçivəsində yaradılıb. Britaniya brendinin mətbuat xidmətindən bildiriblər ki, bu avtomobildən cəmi 55 ədəd istehsal ediləcək.

Ənənəyə uyğun olaraq, unikal avtomobilin hazırlanmasında Rolls-Royce Bespoke-un eksklüziv bölməsinin mütəxəssisləri iştirak ediblər. Kupe Rolls-Royce Wraith Luminary Edition-ın banı unikal qrafikə malikdir. Ban unikal boz rəngə (Sunburst Grey) boyanıb.

Eksklüziv avtomobilin interyerinin işlənməsində 176 ədəd diodu olan palıd şpon görmək olar. Avtomobilin tamamilə əl ilə hazırlanıb.

Texniki hissəyə gəldikdə, Rolls-Royce Wraith Luminary Edition-ın kapotu altında 632 a.g.-ə və 870 Nm fırlanma anına malik 6,6-litrlik V12 mühərriki dayanır. Sürət qutusu 8-pilləli avtomatdır. Avtomobil yerindən 100 km/saata 4,5 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Wraith 02.04.2018

Şərhlər


AD