Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru yeni Forester təqdim edib

Yaponiyanın Subaru markası Nyu-York-2018 avtosalonunda yeni, sayca beşinci nəsli olan krossover Forester-i təqdim edib. Məşhur avtomobil sələfinə nisbətən daha yaxşı, geniş, funksional, əsasən də təhlükəsiz olub.

Kompakt yolsuzluq avtomobili Subaru Forester 2019 Subaru Global Platform platformasında yığılıb. Təkər bazası 2639 mm-dən 2670 mm-dək böyüdülüb. Şirkətdən bildiriblər ki, avtomobilin salonu hər tərəfdən genişlənib.

Rəsmi fotolardan da göründüyü kimi, kompakt kross yeni eksteryer dizaynı alıb. Qeyd edilməlidir ki, komplektasiyadan asılı olmayaraq, yeni Subaru Forester diodlu qabaq işıqlarla təklif ediləcək. Bundan əlavə, avtomobil üçün yeni rəng palitrası əlyetərlidir: Jasper Green Metallic, Horizon Blue Pearl və Crimson Red Pearl.

Yeni nəsil Subaru Forester amerikan bazarı üçün bir neçə versiyada təklif olunacaq: baza, Premium, Limited, Touring və Sport. Sonuncu komplektasiya fəal istirahət edənlər üçün nəzərdə tutulub.

Subaru Forester 2019-un bütün versiyaları artıq baza variantında EyeSight kompleksi alirlar. Touring versiyasında EyeSight kompleksinə DriverFocus sistemi də daxildir ki, o, sürücünün yorğun və ya diqqətsiz olması barədə xəbərdarlıq edir.

Krossover bütün versiyalarda 2,5-litrlik dördlük Boxer və start/stop sistemi alıb. Transmissiya - variator Lineatronic-dir. Ötürücü isə simmetrik tam ötürücü sistemdir.

Modernləşdirilmiş mühərrik 182 a.g. və 238 Nm fırlanma anı verir. Əvvəl bu göstəricilər 170 a.g., 235 Nm idi.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Forester 30.03.2018

Şərhlər


AD