Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota-dan yeni Corolla

Yaponiyanın Toyota Motor Corporation şirkəti yeni nəsil 5-qapılı hetçbək Toyota Corolla Hatchback-in sirrini rəsmi olaraq açdı. Avtomobil bu yaxınlarda təqdim edilmiş Toyota Auris-in demək olar ki, əkiz tayıdır. O, Nyu-York-2018 avtosalonunda təqdim ediləcək.

Qeyd edək ki, əvvəlcə bu model ABŞ-da Scion iM adı ilə satılacaqdı, lakin sonradan onu Toyota Corolla iM adlandırdılar. İndi isə yeni nəsil avtomobil Toyota Corolla Hatchback adı aldı.

Beşqapılı model Toyota Corolla Hatchback-in təməlində Toyota New Global Architecture (TNGA) dayanır. Avtomobil bütün göstəricilərinə görə böyük alınıb, o cümlədən böyüdülmüş təkər bazasına malikdir. Yeni arxitektura sayəsində avtomobil çox təkmilləşib: o, daha sərt, yüngül və sakit olub.

Kompakt 5-qapılı avtomobil Toyota Corolla Hatchback-in salonunda rəqəmsal cihazlar paneli, parlaq və mat əlavələr, metal işləmələr, sensorlu monitoru olan informasiya-əyləncə kompleksi görmək olar. İnteryerin dizaynı çox dəbli və müasir görünür.

2019-cu model ilinə məxsus Toyota Corolla Hatchback 2,0-litrlik yeni benzin mühərrik alıb. O, 1,8-litrlik mühərriki əvəz edib. Şirkətdən bildiriblər ki, mühərrik səs vibrasiyasının daha az səviyyəsini yaradır. Mühərrikin gücü barədə hələlik məlumat verilmir. Görünür, yeni mühərrik əvvəlkindən (137 a.g.) daha güclüdür.

Məlumdur ki, fırlanma anını qabaq təkərlərə ya yeni 6-pilləli mexaniki sürət qutusu, ya da pilləsiz yeni transmissiya ötürəcək. Qeyd edilib ki, hər iki sürət qutusu çox az fərqlənir.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Corolla 27.03.2018

Şərhlər


AD