Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lincoln Navigator 600-güclü mühərrik alıb

Dünyada məşhur atelye olan Hennessey flaqman yolsuzluq avtomobili Lincoln Navigator üçün təkmilləşdirmə paketi hazırlayıb. Amerikanın möhtəşəm SUV-u bir çox yeniliklər, o cümlədən təkmilləşdirilmiş mühərrik alıb ki, o, 600 a.g.-ə malikdir.

Yeni layihə barədə danışanda Amerika şirkətinin rəhbərliyi belə deyirlər: Yeni Lincoln Navigator – bu, möhtəşəm yolsuzluq avtomobilidir və biz onu heyranedici dərəcədə gücləndirmək, o cümlədən onun məhsuldarlığını yeni mərhələyə qaldırmaq istəmişik.

Beləliklə, təkmilləşdirilmiş yolsuzluq avtomobili Lincoln Navigator by Hennessey modernləşdirilmiş 6-silindrli mühərrikdən qidalanır, yüksək dəqiqlikli induksiya sistemi və paslanmayan poladdan yeni qazburaxma sistemi alıb. Bundan əlavə, avtomobilin güc aqreqatının idarəetmə bloku yenidən proqramlaşdırılıb.

Yeni Lincoln Navigator by Hennessey-nin təchizatına yüksək effektli Brembo əyləc sistemi, 6 porşn və aşağı salınmış asma daxildir. Bundan əlavə, avtomobil üçün məxsusi olaraq unikal döymə təkər diskləri hazırlanıb.

Dərc olunmuş məlumata əsasən, təkmilləşdirilmiş yolsuzluq avtomobili Lincoln Navigator by Hennessey yerindən 60 mil/saata 4,8 saniyəyə sürətlənir.

AUTO.AZ

 



teqlər:
Lincoln, Lincoln Navigator, Hennessey 26.03.2018

Şərhlər


AD