Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Təkmilləşdirilmiş limuzin Mercedes-Maybach

Almaniyanın premial markası olan Mercedes-Benz təkmilləşdirilmiş limuzin Mercedes-Maybach Pullman-ın rəsmən sirrini açdı. Uzunluğu 6 metrdən çox olan avtomobil yeni eksteryer dizaynı və interyerində bir sıra yeniliklər alıb. Xatırladaq ki, Mercedes-Maybach Pullman alman istehsalçının avtomobil sırasında ən uzun sedandır. Banın uzunluğu 6,5 metr təşkil edir.

Təkmilləşdirilmiş limuzinin vizual dəyişiklikləri arasında möhtəşəm konsept Vision Mercedes-Maybach 6üslubunda hazırlanmış radiator barmaqlığı xüsusi qeyd edilməlidir. Bundan əlavə, avtomobil 20-düymlük unikal təkər diskləri dəsti, ikirəngli ban alıb.

Təkmilləşdirilmiş limuzin Mercedes-Maybach Pullman üçün 3 rəng əlyetərlidir: boz, qəhvəyi və bej ilə göyün qarışığı. Əlbəttə ki, salonda hər şey əladır və rahatdır. Limuzinin təchizatına avtomobilin qabaq kamerasına və audiosistemə çıxışı olan displey daxildir ki, o, iki səs zonası yaradır və birinci və ikinci sıra oturacaqlardakı sərnişinlərə fərqli mahnılara qulaq asmağa imkan verir.

Möhtəşəm Mercedes-Maybach Pullman 6-litrlik V12 mühərrikinə malikdir. O, 630 a.g. və 1000 Nm fırlanma anına malikdir. 6,5-metrlik sedan yerindən 100 km/saata 6,5 saniyəyə sürətlənir.

AUTO.AZ

 



Şərhlər


AD