Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen yeni Touareg təqdim edib

Almaniyanın Volkswagen şirkəti bir sıra maraqlı elandan sonra flaqman yolsuzluq avtomobili Touareg-in yeni nəslini rəsmi surətdə təqdim etdi. Çoxdan gözlənilən yenilik Pekində keçirilən xüsusi tədbirdə təqdim edilib.

Bildirilib ki, yeni nəsil Volkswagen Touareg rəsmi təqdimat mərasimi üçün Pekinə özü sürülüb və 16 min kilometrdən çox yol gedib. Avtomobil alman brendinin bu günədək hazırladığı ən qabaqcıl və dinamik yolsuzluq avtomobili sayılır.

Yolsuzluq avtomobilinin əsasında MLB arxitekturası dayanır. Bu cür platforma Audi Q7, Bentley Bentayga və Lamborghini Urus kimi modellərdə istifadə edilir. Yeni VW Touareg 77 mm uzun, 44 mm enli, lakin 7 mm alçaq alınıb: uzunluğu 4878 mm, eni 1984 mm, hündürlüyü 1702 mm-dir. Baqaj tutumu 697 litrdən 810 litrədək böyüyüb.

Şirkətdən bildiriblər ki, qabaritlərin böyüməsinə baxmayaraq, yeni nəsil yolsuzluq avtomobili Volkswagen Touareg sələfindən yüngüldür. Qeyd edilib ki, avtomobilin orta çəkisi 106 kq yüngülləşib. Bu, yüksək keyfiyyətli maddələrdən və alüminiumdan istifadə sayəsində mümkün olub.

Yeni nəsil Volkswagen Touareg əvvəlcə bir benzin və iki dizel mühərriklə təklif ediləcək. Baza versiyasında yenilik 3.0 V6 TDI (231 a.g., 500 Nm) alıb. Bu aqreqat 285 a.g. və 600 Nm-ə malik versiyada da əlyetərli olacaq.

Bundan əlavə, flaqman yolsuzluq avtomobili üçün 4,0-litrlik dizel V8 TDI mühərriki də nəzərdə tutulub. Bu, Audi SQ7 və Bentley Bentayga modellərindən yaxşı tanışdır. Volkswagen şirkətinin yeniliyində bu mühərrik 421 a.g. və 900 Nm fırlanma anı verir. Benzin mühərrik isə 3,0-litrlik, 6-silindrli, 340 a.g. və 450 Nm-ə malik aqreqatdır.

Güman edildiyi kimi, yeni nəsil Volkswagen Touareg matrisalı optika alıb və ona 128 diod daxildir. Şirkətin nümayəndələri bildiriblər ki, modelin sahibləri daim uzaq məsafəyə vuran işıqla hərəkət edə bilərlər: elektronika qarşıdan gələn avtomobillərin sürücülərinin görmə imkanlarını məhdudlaşdırmamaq üçün özü işıqları tənzimləyəcək.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Touareg 24.03.2018

Şərhlər


AD