Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cenevrədə Range Rover SV Coupe debüt etdi

Britaniyanın premial markası Land Rover 2018-ci ilin Cenevrə avtosalonunda yeni 3-qapılı yolsuzluq avtomobili Range Rover SV Coupe-nin sirrini açıb. Möhtəşəm avtomobil məhdud tirajla – cəmi 999 ədəd istehsal ediləcək və hər birinin qiyməti 240 000 funt sterlinq olacaq.

Ümumilikdə, yeni avtomobil Range Rover SV Coupe-nin dizaynı dərhal tanınır. Lakin 3-qapılı ban sayəsində yolsuzluq avtomobili doğrudan nadir və eksklüziv görünür. Britaniya brendinin marketinq xidməti də elə məhz buna ümid edirdi. Avtomobilin yaradılmasında SVO (Special Vehicle Operations) bölməsinin sənətkarları işləyiblər.

Range Rover SV Coupe-nin mühərrik bölməsində 5,0 litrlik V8 mühərriki yerləşir. Mühərrikin gücü 565 a.g., fırlanma anı 700 Nm-dir. ZF  firmasının 8-diapazonlu avtomatik transmissiyası təkərlərə dartqı qüvvəsi verir. Britaniya istehsalçısının məlumatına görə, Range Rover SV Coupe  0-dan 100 km/saata cəmi 5,3 saniyəyə sürətlənir. Maksimal sürət – 265 km/saatdır.

Şirkətin təmsilçilərinin sözlərimə görə, modeli adi 5-qapılı versiya ilə yalnız kapot, həmçinin yük yeri qapağının aşağı hissəsi doğmalaşdırır. Qalan ban panelləri yenilik üçün məxsusi olaraq alüminiumdan hazırlanıb. Bundan başqa, yolsuzluq avtomobili yeni radiator barmaqlığı, həmçinin yeni qabaq və arxa bamperlər əldə edib.

Standart yolsuzluq avtomobili ilə müqayisədə, yeni Range Rover SV Coupe daha az klirensə (212 mm) malikdir. Bununla belə, avtomobil 900 mm dərinliyi olan gölməçəni keçə və çəkisi 3,5 ton olan qoşqunu daşiya bilir. Pnevmatik asılqan sayəsində avtomobilin yol işığı zolağını 367 mm-dək artırmaq olar.

Range Rover SV Coupe-nin arsenalında qabaq və arxa oturacaqların elektrik ötürücüsü, uzaq görünüş lazer diodları olan baş optika, yolsuzluqda elektronikanı idarə edən rejimin işinin dəyişmə sistemi, arxa differensialın bloklanması ilə daimi tam ötürücü və 23 düymlük təkər diskləri mövcuddur.

AUTO.AZ



Şərhlər


AD