Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford unikal kabriolet təqdim edib

Amerikanın Ford şirkəti California Special adlı kabriolet Mustang Convertible-ın xüsusi versiyasını rəsmən təqdim edib. Eksklüziv avtomobilin istehsalı 1968-ci ildə buraxılan modelin qiymətləndirilməsidir.

Eksklüziv kabriolet Ford Mustang GT Convertible California Special məhdud sayda istehsal ediləcək və adi modeldən unikal üslub həlləri ilə seçiləcək ki, bu, 1968-ci il istehsalı olan Mustang California Special-ı (GT/CS) pərəstişkarlarına xatırladacaq.

Məsələn, təqdim edilən Ford Mustang GT Convertible California Special 2019 tündləşdirilmiş radiator barmaqlığı, modernləşdirilmiş işıq texnikası, banın kənarlarında yürüş xətləri, yenilənmiş aerodinamik asma Performance 1, GT/CS loqotipləri, dəyişilmiş hava çıxıntıları və unikal təkər diskləri dəsti alıb.

Bundan əlavə, eksklüziv kabriolet Ford Mustang GT Convertible California Special unikal salon işləməsi ilə lovğalana bilər. Burada qara dəri və qırmızı xətli zamşa, basmanaxışlı loqotiplər, 10-kanallı, 1000-vatlı gücləndiricisi və 12 dinamiki olan Bang&Olufsen audiosistemi var.

Ford şirkəti, həmçinin modelin rəng palitrasını 1960-1970-ci illərdə məşhur olan bir neçə eksklüziv çalarlarla genişləndirib. Bunlara: Velocity Blue, Need for Green və Dark Highland Green daxildir. Bu rənglər adi Ford Mustang modeli üçün əlyetərli deyil.

Texniki cəhətdən kabrioletin xüsusi versiyası standart Ford Mustang GT-ə uyğundur. Avtomobilin mühərrik hissəsində 5,0-litrlik səkkizlik Ti-VCT dayanıb. O, 6-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Mühərrikin gücü 460 a.g. və 570 Nm-dir.

AUTO.AZ




teqlər:
Ford, Ford Mustang 22.03.2018

Şərhlər


AD