Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini açıq Huracan Performante təqdim etdi

Cenevrə-2018 avtosalonu çərçivəsində İtaliya şirkəti Lamborghini geniş ictimaiyyətə ekstremal rodster Huracan Performante Spyder-i rəsmən təqdim etdi. Avtomobil 50 km/saat sürətdə 17 saniyəyə qatlanan yumşaq dam alıb.

Şirkətdə qeyd ediblər ki, gücləndirilmiş açıq avtomobil bu yay Avropada satışa çıxarılacaq. Modelin qiyməti – 308 859 ABŞ dollarından başlayır. Sərt üstlü model kimi, rodster Lamborghini Huracan Performante Spyder də modernləşdirilmiş 5,2-litrlik, 10-silindrli mühərriklə təchiz olunub. Mühərrik 640 a.g., 600 Nm fırlanma anı verir.

Lamborghini Huracan Performante Spyder 0-dan 100 km/saata cəmi 3,1 saniyəyə sürət yığa bilir. Bu azmış kimi, avtomobil ikinci yüzlüyə 9,3 saniyəyə sürətlənir.

Rodsterin eksteryer dizaynı kupenin eyniadlı versiyasını, demək olar ki, tamamilə təkrar edir. Əsas fərq yumşaq damdır. Qeyd olunduğu kimi, onu 50 km/saat sürətdə 17 saniyəyə qatlamaq olar.

İtalyan brendinin təmsilçiləri struktur dəyişikliyi zamanı avtomobilin çəkisinin 125 kq artaraq 1 507 kq olduğunu bildiriblər. Çəkinin oxlara paylaşdırılması – 43:57.

Bundan başqa, Lamborghini Huracan Performante Spyder eyniadlı kupedən fəal aerodinamika da əldə edib. Məsələn, yeniliyin də banının qabaq və arxa hissələrində 500 millisaniyə ərzində yerini dəyişə bilən bağlayıcılar var.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan 20.03.2018

Şərhlər


AD