Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin elektrikli limuzin təqdim etdi

Britaniya şirkəti Aston Martin Cenevrə-2018 motorşousunda konseptual elektromobil Lagonda Vision Concept-i təqdim etdi. Brendin təmsilçilərinin sözlərinə görə, prototip dünyaya 2021-ci il üçün seriya avtomobillərində həyata keçiriləcək yeni dizayn üslubunu göstərir.

Xatırladaq ki, Aston Martin şirkətində ilk ekoloji təmiz avtomobillərin məhz gələn onilliyin əvvəlində meydana gələcəyi qeyd edilmişdi. Prototip Aston Martin Lagonda Vision Concept-ə gəlincə, şirkətdən futuristik dizaynlı avtomobilin texniki təchizatı barədə məlumat vermirlər. Konseptin təchizatına litium-ionlu batareyaların daxil olduğu məlumdur.

Belə enerji təchizatı nəqliyyat vasitəsinə tam yükləmədə 640 km hərəkət ehtiyatı təmin edir. Bundan başqa, elektrokar simsiz yükləmə texnologiyasını dəstəkləyir. Elektromobil Aston Martin Lagonda Vision Concept-in təchizatına fırlanma anını hər təkərə paylaşdıran tam ötürücü sistemi daxildir.

Şübhəsiz ki, təqdim olunan prototipin eksteryer dizaynının xüsusiyyətlərinə arxa oturacaq sərnişinlərinin rahatlığını təmin etmək üçün damın hündürləşdirilməsini aid etmək olar. Modelin interyerinin formalaşmasında karbon, keramika, yun, kaşmir və ipək kimi materiallardan istifadə olunub.

Bundan başqa, Aston Martin Lagonda Vision Concept-in 4-cü səviyyədə avtonom idarəetmə sistemi mövcuddur. Avtopilotun aktivləşdirilməsi zamanı qabaq oturacaqlar 180 dərəcə dönə bilir. Avtomobilin konsyerj-servis və şəbəkəyə qorumalı giriş kimi xüsusiyyətləri də var.

AUTO.AZ



Şərhlər


AD