Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren-dən eksklüziv kupe

Britaniyanın McLaren şirkəti və onun eksklüziv bölməsi olan McLaren Special Operations (MSO) xüsusi model McLaren 570GT Black Collection-ı rəsmi surətdə təqdim edib. Avtomobil Sports Series unikal ban rəngi Carbon Black, qazburaxma sistemi Titanium SuperSports və Sport Pack paketi alıb.

Şirkətdən bildiriblər ki, McLaren 570GT MSO Black Collection cəmi 100 ədəd istehsal ediləcək. Bu avtomobilləri dünyanın hər yerindən sifariş etmək olar. Minimal qiymət isə 179 950 funt sterlinqdir. İlk avtomobillər alıcılarına 2018-ci ilin yayında çatdırılacaq.

Yeni kupe McLaren 570GT MSO Black Collection adi modeldən təkmilləşdirilmiş aerodinamik asma, eksklüziv təkər diskləri Gloss Black Diamond, qara əyləc supportları və müxtəlif materiallardan hazırlanmış əyləc diskləri ilə fərqlənir.

Xüsusi idman kupesi McLaren 570GT MSO Black Collection-ın salonunda qara dəri və çoxlu sayda yüksək keyfiyyətli alkantara görmək olar. Bundan əlavə, avtomobil baza variantında elektrikli tənzimləməsi və qızdırıcısı olan oturacaqlarla təchiz edilib. İdman oturacaqlarının boyun arxalığı hissəsində, həmçinin MSO loqotiplərini görmək olar.

Eksklüziv avtomobil üçün, eyni zamanda, panoram dam, arxa görünüş kamerası, 12 dinamiki olan Bowers&Wilkins akustikası, elektrikli sükan kolonkası və s. almaq olar.

AUTO.AZ



teqlər:
McLaren, McLaren 570GT 16.03.2018

Şərhlər


AD