Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru-dan yeni universal

Yaponiyanın Subaru şirkəti Cenevrə avtosalonunda universal Viziv Tourer Concept-i təqdim edib. prototip brendin yeni idman avtomobilinin necə görünəcəyi barədə xəbər verir.

Markanın nümayəndələrinin sözlərinə görə, Subaru Viziv Tourer Concept hazırda prototip statusundadır. Xatırladaq ki, universal Subaru Viziv konsepti ailəsinin beşinci modelidir.

Etibarlı mənbədən bildiriblər ki, Yaponiya şirkəti yaxın zamanlarda Subaru Viziv Tourer Concept-in motivləri əsasında yeni seriyalı model istehsal edəcək. Məsələn, Subaru Levorg-un varisi olacaq. Qeyd edək ki, hələlik bu barədə rəsmi məlumat yoxdur.

Universal Subaru Viziv Tourer Concept-in qabarit uzunluğu 4775 mm, eni 1930 mm, hündürlüyü 1435 mm-dir. Təkər bazasının ölçüsü 2730 mm təşkil edir. Müqayisə üçün deyək ki, indiki Subaru Levorg-da bu göstəricilər belədir: 4 690/1 780/1 490 mm. Təkər bazası 2650 mm-dir.

Təəssüf ki, Yaponiya şirkəti Subaru Viziv Tourer Concept-in interyerinin təsvirlərini dərc etməyib. Prototipin şüşələri, demək olar ki, tam tündləşdirilib. Şirkətdən bildiriblər ki, universalın salonu dördyerlikdir.

Subaru Viziv Tourer Concept-in təchizat siyahısına Subaru EyeSight təhlükəsizlik sistemi daxildir. O, adaptiv kruiz-kontroldan, avtomatik təcili tormozlama sistemindən, hərəkət zolağının dəyişilməsi barədə xəbərdarlıq edən sistemdən və kor zonaları monitorinq edən sistemdən ibarətdir.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Viziv Tourer Concept 15.03.2018

Şərhlər


AD