Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault EZ-GO prototipini təqdim etdi

Ənənəyə əsasən, Cenevrə avtosalonunda bütün avtomobil istehsal edən şirkətlər gələcəyin avtomobilini necə gördüklərini göstərirlər. Bu dəfə Fransa markası Renault EZ-GO prototipini ictimaiyyətə nümayiş etdirərək fərqlənib.

Şirkətdən deyildiyi kimi, Renault EZ-GO – eyni zamanda, “həm avtomobil, həm də xidmətdir”. Yəni, o, karşerinqin inkişafını nümayiş etdirir. Gələcəkdə belə avtomobillər adi minik və ictimai nəqliyyatı tamamlayacaq.

Renault EZ-GO-nun qabarit uzunluğu 5,2 metr, eni 2,2 metr, hündürlüyü 1,6 metrdir. Təqdim olunmuş prototipin geniş qapısı iki hissədən ibarətdir: aşağı yerədək açılır, üst hissə isə şüşə damla birgə qalxır. Renault EZ-GO-nun salonunda altı sərnişin üçün yumşaq oturacaqlar və yük üçün yer var. Əslində, Renault EZ-GO elektromobildir.

Avtomobilin təchizatına arxa oxda yerləşən bir elektrik mühərriki daxildir. Bundan başqa, gələcəyin futuristik yeniliyi tam idarə olunan  şassi Renault 4Control əldə edib. Şirkətdən qeyd ediblər ki, avtomobilin sürəti 50 km/saatda  məhdudlaşdırılıb. Şirkət prototip Renault EZ-GO-nun digər xarakteristikaları barədə məlumat verməyib.

Həmçinin prototip Renault EZ-GO-nun arsenalında 4-cü səviyyə avtopilot var. Beləliklə, avtomobil qarşı məsafəyə nəzarət edir, hərəkət zolağını saxlayır, sıralar arasında yer dəyişir və kəsişmələrdə müstəqil dönə bilir.

Şirkətdən bildiriblər ki, Renault EZ-GO konsepti 2022-ci ilədək debüt edəcək.

AUTO.AZ



teqlər:
Renault, Renault EZ-GO 14.03.2018

Şərhlər


AD