Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-dən M8 Gran Coupe konsepti

Bavariyanın BMW şirkəti bir çox həvəsləndirici elandan sonra Cenevrədə təkmilləşdirilmiş 4-qapılı kupe M8 Gran Coupe təqdim edib. Prototipin seriyalı versiyası alman brendinin model sırasında 2019-cu ildə peyda olacaq.

Yenilik BMW Concept M8 Gran Coupe adlandırılıb. Bununla yanaşı, avtomobilin banının dəyişkən rəngli olmasıdır. Şirkətdən bildiriblər ki, işıqdan asılı olaraq avtomobilin rəngi yaşıldan boz-mavi rəngədək dəyişir.

Hələ rəsmi debütdən əvvəl güman edildiyi kimi, gücləndirilmiş 4-qapılı BMW Concept M8 Gran Coupe elə BMW 8-Series Concept-in uzadılmış versiyası kimi görünür. Avtomobil bir sıra nadir həllər alıb və onların sayəsində daha idmansayağı və aqressiv görünür.

Təəssüf ki, texniki təchizat barədə heç bir informasiya verilməyib. Markanın nümayəndələrinin sözlərinə görə, M8 Gran Coupe-nin ban elementləri plastikdən, güclü karbondan hazırlanıb. Bu materialdan xüsusilə dam və qabaq qanadlardakı ventilyasiya kəsikləri hazırlanıb.

Bundan əlavə, BMW Concept M8 Gran Coupe konsepti idman kupesi M8 GTE-də olan qabaq optika alıb. Xatırladaq ki, bu avtomobil dözümlülük üzrə dünya çempionatı yarışlarında, o cümlədən 2018-ci ildə keçiriləcək 24 saat Le-Man marafonunda iştirak edəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW M8, M8 Gran Coupe 12.03.2018

Şərhlər


AD