Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cenevrədə Bugatti Chiron Sport təqdim edilib

Bugatti şirkəti Cenevrə 2018 avtosalonunda yeni modifikasiyalı hiperkar Chiron təqdim edib. O, Sport adı alıb. Markanın nümayəndələrinin sözlərinə görə, bu avtomobil daha çox sürmək həvəskarları üçün nəzərdə tutulub.

Bugatti Chiron Sport vizual olaraq adi hiperkardan fərqlənmir, lakin burada diqqət yönəldilməli məqamlar var. Məsələn, Bugatti Chiron Sport – bu, dünyada karbon lifindən şüşə silənləri olan ilk seriyalı avtomobildir.

Bununla yanaşı, təqdim edilmiş kupe Bugatti Chiron Sport təkmilləşdirilmiş asılqan alıb. Avtomobilin konstruksiyasında bir çox elementlər, o cümlədən interkuler qoruyucusunun və köndələn müqavimət sabitləşdiricisinin qapaqları kömür plastikdən hazırlanıb.

Ümumiyyətlə, şirkətin mühəndisləri avtomobilin çəkisini yüngülləşdirmək üçün çox iş görüblər. Məsələn, qeyd edilən şüşə silənlər adi modeldəkindən 1,4 kq yüngüldür.

Bundan əlavə, gücləndirilmiş hiperkar Bugatti Chiron Sport yüngül döymə təkər diskləri, arxa şüşə və deflektor alıb. Bütün dəyişikliklər sayəsində kupenin çəkisi 1977 kq-dək azalıb (-18 kq).

İstehsalçının məlumatına görə, Bugatti Chiron Sport Nardoda sınaq dairəsini adi kupe Bugatti Chiron-dan 5 saniyə tez başa vurub. Hətta mühərrik də dəyişilməyib. Yəni, avtomobil 4 ədəd turbo yükləyicisi olan, 1500 a.g. və 1600 Nm fırlanma anına malik 8.0 W16 ilə təchiz olunur.

Təqdim edilən hiperkar Bugatti Chiron Sport yerindən 100 km/saata əvvəlki kimi 2,4 saniyəyə sürətlənir, maksimal sürət isə 420 km/saatdır.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Chiron, Chiron Sport 10.03.2018

Şərhlər


AD