Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari-dən 720-güclü kupe

İtaliyanın Ferrari markası trek versiyasında kupe 488 GTB-nin sirrini açdı - Ferrari 488 Pista. Yüksək məhsuldarlığa malik avtomobil brendin yürüş avtomobillərindən mənimsənilmiş bir sıra yeniliklər alıb.

Xatırladaq ki, ekstremal kupe Ferrari 488 Pista-nın dizaynı bu yaxınlarda sirri açılıb. Avtomobilin mühərrik hissəsində 3,9-litrlik, 720 a.g.-ə və 770 Nm fırlanma anına malik V8 (F154 CB) dayanır.

Adətən yürüş avtomobili Ferrari 488 Challenge-in mühərriki bu cür gücləndirilir. Məsələn, güc qurğusu Inconel kollektoru, yüngülləşdirilmiş dirsəkli val, o cümlədən titandan bəzi elementlər və karbon lifi alıb.

Şirkətdən bildiriblər ki, təqdim edilən kupe Ferrari 488 Pista 1280 kq ağırlığındadır və bu, standart 488 GTB modelindən 100 kq yüngüldür. Avtomobil yerindən 100 km/saata 2,85 saniyəyə (bu, standart modeldən 0,15 saniyə tezdir) sürətlənir. 0-dan 200 km/saata sürətlənmə isə 7,6 saniyəyə baş verir. Maksimal sürət 340 km/saatdan çoxdur.

Avtomobilin təchizatına ən qabaqcıl sistemlər daxildir, o cümlədən Side-Slip Angle Control (SSC), E-Diff3, F1-Trac, SCM asma və Ferrari Dynamic Enhancer (FDE). Sonuncu supportlarda əyləc təzyiqini tənzimləmək üçün proqramdır.

Ferrari 488 Pista-nın salonunda bir sıra eksklüziv həllər də var. Məsələn, müştərinin istəyinə uyğun olaraq, avtomobilin interyeri dəri və ya alkantara, hətta karbonla işlənə bilər.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 488, 488 Pista 09.03.2018

Şərhlər


AD