Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus UX-in sirrini açıb

Yaponiyanın Lexus markası yeni seriyalı krossover UX-in sirrini açıb. Məşhur SUV seqmentinə aid avtomobil Cenevrə 2018 avtosalonunda təqdim ediləcək.

Qeyd edək ki, eyniadlı konsept əsasında hazırlanmış yeni kiçik seriyalı yolsuzluq avtomobili Lexus UX-in xarici görünüşcə dizaynı aşağı daha çox əyilib. Açığı, heç kimin ağlına gəlməzdi ki, yeni model prototipə çox bənzəyəcək.

Ümumilikdə, yeni krossun dizaynı radiator barmaqlığı, dördkünc təkər arkaları və digər üslub həlləri sayəsində çox da dəyişməyib. Bu cəhətləri yalnız yapon avtomobillərində görmək olar.

Seriyalı yolsuzluq avtomobili Lexus UX üçün qeyri-adi qabaq optika nəzərdə tutulub. Xüsusən, əgər markanın digər modellərin o, sanki ayrı yerləşirsə, bu modeldə sanki birləşib. Qeyd edilib ki, qarşımızda hibrid modifikasiyalı Lexus UX 250h və o, F Sport spesifikasiyası alıb.

Yeni kompakt kross Lexus UX-in salonu da eyniadlı konseptin interyerindən fərqlənir. Buna baxmayaraq, burada tam rəqəmsal panel və informasiya-əyləncə sisteminin monitorunu görmək olar.

İlkin məlumata görə, yeni model 2,0-litrlik atmosferli, 170 a.g.-lü mühərriklə təchiz ediləcək. Hibrid qurğu, öz növbəsində, 178 a.g.-ə malikdir. Yeri gəlmişkən, Lexus şirkəti UX 200, UX 250 və UX 250h adlarını qeydiyyatdan keçirib.

AUTO.AZ



teqlər:
Lexus, Lexus UX 08.03.2018

Şərhlər


AD