Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alpina-dan krossover BMW XD3

Almaniyanın BMW brendinin avtomobillərinin ciddi modernləşdirilməsi ilə məşğul olan dünyanın məşhur Alpina şirkəti yeni kompakt yolsuzluq avtomobili X3-ün xüsusi versiyasının sirrini açıb. Alpina XD3 adlandırılan avtomobil yerindən 100 km/saata 4,9 saniyəyə sürətlənir. O, 2018-ci ilin ikinci yarısında satışa çıxarılacaq.

Avropalı həmkarlarımız bildirirlər ki, təqdim edilən avtomobil Alpina XD3 BMW şirkətinin istehsal etmədiyi gücləndirilmiş dizel krossover BMW X3 M-dir. Bu gün dizel texnologiyası danışa biləcəyimiz ən çirkin mövzudur, lakin bu, o demək deyil ki, müştərilər onu sevmirlər, xüsusən də Avropada. BMW özü yeni nəsil X3-ün hibrid və elektrik versiyaları üzərində çalışsa da, Alpina dizel ilə işləyən yolsuzluq avtomobilini daha da gücləndirib.

BMW Alpina XD3-ün mühərrik hissəsində modernləşdirilmiş 3,0-litrlik, 6-silindrli, 333 a.gə və 700 Nm fırlanma anı verən iki turbo yükləyicili mühərrik dayanır. Standart vəziyyətdə o, 249 a.g. ə 620 Nm-ə malikdir. Qeyd edildiyi kimi, BMW Alpina XD3 yerindən 100 km/saata 4,9 saniyəyə sürətlənir. Maksimal sürət 254 km/saatdır. Sadə dildə desək, bu yenilik bu gün yolsuzluq avtomobilləri bazarında ən sürətlidir.

Bundan əlavə, yeni yolsuzluq avtomobili BMW Alpina XD3 yeni idman asılqanı, fəal arxa diferensial alıb. Standart təchizata 20-düymlük disklər daxildir. Opsiya kimi isə 22-düymlük disklər sifariş etmək olar.

AUTO.AZ



teqlər:
BMW, BMW X3, Alpina 07.03.2018

Şərhlər


AD