Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Audi A6

Yeni nəsil Audi A6 barədə informasiya sızdıqdan sonra Almaniya şirkəti möhtəşəm 4-qapılının sirrini açıb. O, Cenevrə 2018 avtosalonunda təqdim ediləcək.

Yeni nəsil sedan Audi A6-nın xarici görünüşü A7 və A8 modellərinin təqdimatı zamanı gördüyümüz bir çox şeyi xatırladır. Buna baxmayaraq, avtomobil daha maraqlı alınıb – çox dəbli, idmansayağı və aqressiv. Özü də görünən əzələlər aldadıcı deyil, belə ki, avtomobil daha uzun, hündür və enlidir.

Xüsusən də yeni nəsil sedan Audi A6-nın banının uzunluğu 4939 mm, eni 1886 mm, hündürlüyü 1457 mm-dir. Oxlar arasındakı məsafə 2924 mm təşkil edir. Böyüdülmüş ölçülər sayəsində yeni modeldə arxa oturacaq sərnişinlərin ayaqları, başları və çiyinləri üçün daha geniş yer qalıb.

Güman edildiyi kimi, yeni sedan VW AG konserninin MLB Evo platformasını alıb. Müştərilər avtomobil asılqanını mümkün 4 variant arasında seçə bilərlər: adi, 20 sm aşağı salınmış idmansayağı, idmansayağı uyğunlaşdırılmış və pnevmatik dayaqlı. Bundan əlavə, yeni altılığın arsenalında idarəolunan arxa ox var ki, o, aşağı sürətdə manevretməni asanlaşdırır, yüksək sürətdə sabitliyi çoxaldır.

Texniki hissəyə gəldikdə, yeni sedan Audi A6 3,0-litrlik, 340 a.g.-ə (500 Nm) malik benzin V6 TFSI mühərriki, 3,0-litrlik (286 a.g./620 Nm və ya 231 a.g./500 Nm) dizel mühərriki və 2,0-litrlik, 204 a.g. və 400 Nm-ə malik mühərrik alacaq. Modifikasiyadan asılı olaraq, sedan 7-pilləli robot və quattro ultra sürət qutusu və ya 8-pilləli avtomat və ənənəvi diferensialı olan daim tam ötürücü ilə təchiz edilir.

2019-cu model ilinə məxsus sedan Audi A6-nın bir sıra qabaqcıl sistemlərlə təchiz ediləcəyi gözlənilir.

AUTO.AZ



teqlər:
Audi, Audi A6 06.03.2018

Şərhlər


AD