Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Peugeot 508

Cenevrə avtosalonu ərəfəsində Fransanın Peugeot şirkəti gələcək nəsil 508 modelini rəsmi surətdə təqdim edib. Tamamilə yeni eksteryer dizaynı alan avtomobil satışa cari ilin sentyabrında çıxarılacaq.

Sirr deyil ki, bütün dünya istehsalçıları diqqətlərini məşhur krossoverlərin və yolsuzluq avtomobillərinin hazırlanmasına yönəldiblər. Fransız şirkəti Peugeot da bu qaydaya riayət edir.

Buna baxmayaraq, fransız brendi hesab edir ki, sedan Peugeot 508-in daha dinamik yeni interpretasiyası öz seqmentində uğura ümid edə bilər. Belə ki, avtomobil həqiqətən dəbli, aqressiv və müasir dizayn alıb. Şirkətdən bildiriblər ki, yeni Peugeot 508 seqmentdə inqilab edib.

Qeyd edilib ki, indi Peugeot 508-in əsas rəqibi Audi A5 Sportback-dir. Bir daha bildirək ki, yeniliyin dizaynı bir çox ekspertin gözlədiyindən də yaxşı olub. Avtomobil əyri dam, karkassız qapılar və orijinal işıq texnikası alıb.

Yeni Peugeot 508-in banının uzunluğu 80 mm qısalaraq 4750 mm, hündürlüyü 1400 mm (-60 mm), eni 1455 mm (+20 mm) təşkil edir. Təkər bazası 2750 mm, baqajın həcmi isə 485 (487) litrdir. Arxa oturacaqları yığıldıqda bu rəqəm 1537 litrə çatır.

Yeni Peugeot 508 PSA konserninin EMP2 platformasında yığılıb. Bu platforma bir sıra modellərdə, o cümlədən yolsuzluq avtomobili Peugeot 5008 və DS7 Crossback-də istifadə edilir. Yeni platforma sayəsində avtomobil sələfindən 70 kq yüngül alınıb.

Yeni nəsil Peugeot 508 modeli bir neçə mühərriklə əlyetərli olacaq. Buraya 180 və 225 a.g.-lü (GT modifikasiyası üçün) iki benzin, o cümlədən 130, 160 və 180 a.g.-lü üç dizel mühərriki daxildir. Sürət qutusu mexaniki və ya avtomat ötürücülü olacaq. 2019-cu ildə avtomobilin hibrid versiyası da istehsal ediləcək.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 508 04.03.2018

Şərhlər


AD