Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni Quoris-un təsvirlərini nümayiş etdirdi

Koreyanın KIA Motors Corporation şirkəti flaqman sedanı KIA K900-ün yeni nəslinin ilk dizayner təsvirlərini dərc edib. dünyanın bir çox ölkələrində bu möhtəşəm avtomobil KIA K9 və KIA Quoris adı ilə tanınır.

Məlumdur ki, flaqman sedanı KIA K9/K900/Quoris-in yeni, sayca ikinci nəslinin dünya üzrə təqdimatı cari ilin aprel ayında Nyu-York 2018 avtosalonu çərçivəsində keçiriləcək. Koreya brendinin nümayəndələrinin sözlərinə görə, avtomobilin xarici görünüşü üzərində Koreyanın və Amerikanın dizayner bürosunun mütəxəssisləri çalışıblar.

Dərc olunan eskizlərə əsasən, yeni sedan KIA K9/K900/Quoris daha dəbli və müasir olacaq. Şirkət hesab edir ki, bütün bunlar avtomobilə rəqiblərlə mübarizə aparmağa yardım edəcək. Bu rəqiblər BMW 7-Series və Mercedes-Benz S-Class.

Qeyd edək ki, yeni nəsil KIA K900-ün eksteryerinin dizaynında alman modelləri ilə bənzərliklər var. Lakin bu, bizə avtomobilin çox gözəl alındığını deməyə mane olmur. İndi yalnız ümid etmək qalır ki, yeni flaqman sedanı dizayner eskizlərində olduğu kimi gözəl alınacaq.

AUTO.AZ



teqlər:
KIA, Kia Quoris 03.03.2018

Şərhlər


AD