Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni universal Volvo V60 təqdim edilib

İsveçin Volvo Cars şirkəti yeni nəsil universal Volvo V60-ı təqdim edib. BMW 3-Series Touring, Audi A4 Avant və Mercedes-Benz C-Class Estate-in rəqibinin dünya üzrə təqdimatı isə Cenevrə 2018 avtosalonu çərçivəsində olacaq.

Yenilik ilk dəfə Stokholmda keçirilən xüsusi tədbir çərçivəsində nümayiş olunmuşdu. Güman edildiyi kimi, yeni universalın əsasında SPA (Scalable Product Platform) modul platforması dayanır.

Banın uzunluğu 4761 mm, təkər bazası isə 2872 mm-dir. Beləliklə, Volvo V60 yolsuzluq avtomobili XC60-dan 117 mm uzun alınıb, təkər bazası isə 98 mm böyüyüb. Bunun sayəsində İsveçin yeniliyi öz seqmentində ən geniş avtomobil adına namizəddir.

Bundan əlavə, 2019 model ilinə məxsus yeni Volvo V60-ın eksteryer dizaynı tam dəyişib. Burada daha kəskin bucaqlardan və xətlərdən istifadə edilib. Modelin nöqtəli silueti də istehlakçının avtomobilə olan marağını artıra bilər.

Texniki hissəyə gəldikdə, yeni universal Volvo V60 üçün D3 və D4 (135 və 165 a.g.) dizel mühərrikləri, o cümlədən T5 və T6 (225 və 275 a.g.) benzin mühərrikləri nəzərdə tutulub. Bununla yanaşı, model sırasının elektrikləşdirilməsi strategiyasına əsasən, yenilik iki hibrid modifikasiya da alacaq: T6 (340 a.g.) и T8 (390 a.g.). Avtomobil üçün, həmçinin tam ötürücü AWD əlyetərlidir.

İsveç brendinin nümayəndələrinin sözlərinə görə, yeni universal Volvo V60-ın arsenalında avtomatik əyləc funksiyası olan toqquşmadan qoruma sistemi City Safety də var.

AUTO.AZ



teqlər:
Volvo, Volvo V60 02.03.2018

Şərhlər


AD