Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M4-ün yubiley versiyası

Almaniyanın BMW şirkəti və onun BMW M GmbH bölməsi təkmilləşdirilmiş kabriolet BMW M4 Convertible Edition 30 Jahre-nin yubiley versiyasını rəsmi surətdə təqdim edib. Avtomobil bir sıra eksklüziv həllər alıb və 300 ədəd istehsal ediləcək.

Şirkətdən bildiriblər ki, düz 30 il əvvəl BMW M GmbH bölməsi ilk dəfə üstü açılan model təqdim etmişdi. BMW M4 Convertible Edition 30 Jahre bu yubileyi qeyd etmək məqsədi daşıyır.

Yubiley kabrioleti BMW M4 Convertible Edition 30 Jahre-ni iki rəng seçimi ilə əldə etmək olar. Bu, Macao Blue metallic və ya alman brendinin əvvəlki gücləndirilmiş kabrioletində olan Dakar Yellow rəngini xatırladan Mandarin II uni-dir.

Yeniliyin təchizatına xarici görünüşdə nadir BMW Individual High Gloss Shadow Line işləməsi, xüsusi M4 loqotipləri və Orbit Grey işləməsi alan 20-düymlük təkər diskləri dəsti daxildir.

Nadir üslub salonda da davam edir, belə ki, yubiley kabrioleti ikirəngli dəridən Merino oturacaqları, xüsusi xalılar, karbon lifindən əlavələr və nadir kandar əlavələri alıb.

Bununla yanaşı, 300 kabrioletin hər biri fərdi lövhə alıb ki, orada modelin nömrəsi qeyd ediləcək. Mühərrik hissəsinə gəldikdə isə, burada 6-silindrli, 450 a.g.-ə malik TwinPower Turbo dayanır.

Bundan əlavə, BMW M4 Convertible Edition 30 Jahre-nin arsenalında M Sport qaz buraxma sistemi, SPORT rejimi olan BMW M uyğunlaşdırılmış asma, modifikasiya edilmiş DSC idarəetmə sistemi və Active M diferensialı var. Bütün bu yeniliklər M Competition-a daxildir.

AUTO.AZ



teqlər:
BMW, BMW M4 01.03.2018

Şərhlər


AD