Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota Prado yeni tüninqdə

Yaponiyanın məşhur atelyesi Wald International təkmilləşdirilmiş yolsuzluq avtomobili Toyota Land Cruiser Prado və krossover Toyota Harrier üçün Sport Line paketi hazırlayıb.

Paketə iki aerodinamik ban asması daxildir. Modernləşdirilmiş Toyota Land Cruiser Prado Sports Line by Wald International adi modeldən qabaq və arxa bamperlər, aqressiv diffuzor, böyük splitter, radiator barmaqlığı, enli təkər arkaları, ayaqaltılar, baqaj bölməsində kiçik spoylerlə fərqlənir.

Bununla yanaşı, avtomobil eksklüziv təkər diskləri, aşağı profilli şinlər, yeni qaz buraxma sistemi alıb. Qaz buraxma sisteminin ikili boruları Mercedes-Benz G-Class-da olduğu kimi arxa təkərlərin qarşısında, banın kənarlarından çıxır.

Modernləşdirilmiş krossovert Toyota Harrier Sports Line by Wald International-a gəldikdə isə, avtomobil yapon tünerdən aldığı paket sayəsində yeni qabaq və arxa bamperlərlə, böyük splitterlə, diodlu hərəkət işıqları ilə, o cümlədən xüsusi şinləri olan nadir disklərlə lovğalana bilər.

Təəssüf ki, Yaponiya şirkəti modernləşdirilmiş modellərin texniki təchizatı barədə məlumat verməyib.

AUTO.AZ



Şərhlər


AD