Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley hibrid Bentayga PHEV təqdim edib

Britaniyanın Bentley Motors şirkəti möhtəşəm yolsuzluq avtomobili Bentley Bentayga-nın hibrid versiyasının sirrini rəsmi surətdə açıb. Ekoloji cəhətdən təmiz avtomobil Cenevrə avtosalonunda debüt edir.

Qeyd edək ki, yeniliyin şəkli və onun barədə informasiya ilk dəfə istehsalçının saytında yerləşdirilmişdi, lakin sonra silindi. Beləliklə, çox güman ki, avtomobili özləri də bilmədən bir qədər tez təqdim etmiş olublar.

Hələ rəsmi təqdimata qədər də güman edilirdi ki, hibrid yolsuzluq avtomobili Bentley Bentayga Plug-In Hybrid/Bentayga PHEV güc qurğusunu Porsche Panamera E-Hybrid-dən alıb. Bu, elektrik mühərriki ilə birləşdirilmiş 3,0-litrlik turbo V6-dır. Onun ümumi gücü 462 (450) a.g.-dür.

Məlumdur ki, Bentley Bentayga PHEV-in hibrid güc qurğusunda 3 iş rejimi var: elektrikli, daxili yanma mühərriki və ikisi bir yerdə. Yalnız elektrik dartqısı ilə avtomobil 50 km məsafə qət edə bilər.

Hibrid avtomobilin akkumulyatorları məişət elektrik şəbəkəsindən 7,5 saata doldurulur. Xüsusi stansiyadan istifadə etdikdə isə bu, 2,5 saata mümkündür. Bentley Bentayga PHEV üçün enerji doldurma qurğusu dizayner Filip Stark tərəfindən hazırlanıb. Həmçinin yeni hibrid yolsuzluq avtomobilinin sahibləri uzaqdan da avtomobilin bəzi funksiyalarını idarə edə biləcəklər. Bunun üçün xüsusi mobil həll var.

Hibrid yolsuzluq avtomobili Bentley Bentayga PHEV-i adi modeldən üzərində avtomobilin modifikasiyası qeyd edilmiş mis rəngli emblemlər və disklərdəki mərkəzi qapaqlarla fərqləndirmək mümkündür.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Bentayga 27.02.2018

Şərhlər


AD