Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar F-Type SVR parlaq versiya alacaq

Cenevrə avtosalonu ərəfəsində Britaniyanın Jaguar şirkəti gücləndirilmiş xüsusi kupe - F-Type SVR Graphic Pack Coupe təqdim edib. Yüksək məhsuldarlığa malik avtomobil eksklüziv eksteryer və interyer alıb. Şirkətdən bildiriblər ki, Graphic Pack əlavə xərcsiz 6 müxtəlif variantda mümkün olacaq və onların hər biri avtomobil idmanına həsr edilib.

Yeni opsiyalar dedikdə, gücləndirilmiş Jaguar F-Type SVR Coupe-nin banı üçün eksklüziv yapışqanlar nəzərdə tutulur ki, onlar arxa görünüş üçün yan güzgülərdə, yan ətəklərdə və arxa aerodinamik qanadda yerləşdirilir.

Yapışqandan əlavə, 575 rəqəmi də qeyd edilib. Bu rəqəm eksklüziv avtomobilin güc qurğusundan xəbər verir. Jaguar F-Type SVR Graphic Pack Coupe üçün bir sıra rəng çalarları də əlyetərli olacaq.

Bununla yanaşı, Graphic Pack-ə işıqlı qapı kandarları və salonda firma lövhələri daxildir. Brendin mətbuat xidmətindən bildiriblər ki, kupeni daim almaq olacaq.

Eksklüziv yenilik Jaguar F-Type SVR Graphic Pack Coupe barədə daha ətraflı məlumat Cenevrə avtosalonunda keçiriləcək təqdimat mərasimində səslənəcək.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Type 25.02.2018

Şərhlər


AD