Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Təkmilləşdirilmiş Mercedes-AMG C43 4Matic

Cenevrə-2018 avtosalonu ərəfəsində Almaniyanın Mercedes-Benz markası sedan və universal banında təkmilləşdirilmiş C-Class — Mercedes-AMG C43 4Matic 2019-u rəsmi olaraq təqdim edib. Yeni avtomobil daha güclüdür və yerindən 100 km/saata 4,7 saniyəyə sürətlənir.

Gücləndirilmiş sedan və universal Mercedes-AMG C43 4Matic-in mühərrik hissəsində 3,0-litrlik V6 dayanır, o, böyük turbinlərə malikdir. Beləliklə, güc aqreqatı 390 a.g. (əvvəl 367 a.g. idi), 520 Nm fırlanma anına (əvvəlki kimi) malikdir.

2019 model ilinə aid restaylinq edilmiş sedan və universal Mercedes-AMG C43 4Matic yerindən 100 km/saata müvafiq olaraq 4,7 və 4,8 saniyəyə sürətlənir. Maksimal sürət isə ənənəyə uyğun olaraq 250 km/saatda məhdudlaşdırılıb.

Yeni model restaylinqdən əvvəlki avtomobildən radiator barmaqlığı, fərqli qabaq və arxa bamperlər, aerodinamik asılqan və ikili qaz buraxma sistemi boruları ilə seçilir.

Yeniliklər rəqəmsal cihazlar paneli, 12,3-düymlük displeyi olan modernləşdirilmiş multimedia sistemi Comand və AMG bölməsindən xüsusi menyu alıb.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class, AMG 24.02.2018

Şərhlər


AD