Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda-dan yeni krossover Vision X Concept

Çex firması Skoda konseptual krossover Vision X Concept-in sirrini açıb. Prototip təbii qazla işləyən hibrid güc qurğusu alıb. O, Cenevrə avtosalonunda təqdim ediləcək.

Yeni krossover öz növbəsində nadir nəqliyyat vasitəsidir. Bununla yanaşı, prototip yeni seriyalı yolsuzluq avtomobilindən xəbər verir. O, Karoq modelindən balacaq olacaq və qeyri-adi hibrid güc qurğusu ilə təchiz ediləcək.

Konseptual krossover Skoda Vision X Concept-in hibrid güc qurğusuna 1,5-litrlik daxili yanma mühərriki daxildir ki, o, təbii qazla işləyir. Avtomobil 130 a.g. və 250 Nm fırlanma anına malikdir.

Daxili yanma mühərriki qabaq oxda yerləşdirilmiş remen ötürücülü starte-generator və arxa oxda yerləşdirilmiş 27-güclü elektrik mühərriki ilə birgə çalışır. Bu aqreqatlar, öz növbəsində, 48 voltluq elektrik şəbəkəsindən qidalanırlar.

Şirkətdən bildiriblər ki, standart rejimdə dartma gücü qabaq oxa ötürülür, arxa ox isə ya yerindən cəld hərəkət etdikdə, ya da güclü tormozlama zamanı qoşulur.

İstehsalçının məlumatına görə, konseptual yolsuzluq avtomobili Skoda Vision X Concept yerindən 100 km/saata 9,3 saniyəyə sürətlənir, maksimal sürət isə 200 km/saatdır. Həmçinin bildirilib ki, tam dolu vəziyyətdə avtomobil 600 km məsafə qət edə bilir.

Qabaritlərə gəldikdə, yeniliyin uzunluğu 4250 mm, hündürlüyü isə 1500 mm-dir. Oxlar arasında məsafə 2645 mm-dir.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Vision X Concept 22.02.2018

Şərhlər


AD