Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VW-dən yeni sedan I.D. Vizzion Concept

Volkswagen şirkəti Cenevrə avtosalonunda yeni konseptual sedan I.D. Vizzion Concept-i təqdim edib. prototipin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, adi avtomobillərin idarəçiliyində olan bütün elementlərdən məhrum olub.

Şirkətdən bildiriblər ki, Volkswagen I.D. Vizzion Concept-in seriyalı istehsalı I.D. sırasındakı hetçbək, krossover və miniven konveyerə çıxdıqdan sonra dərhal başlayacaq.

Beləliklə, Volkswagen I.D. Vizzion Concept-in salonunda ənənəvi qabaq panel yoxdur. Burada hansısa düymə, sükan və pedal yoxdur, sadəcə taxtadan ləmə var. Bu, o deməkdir ki, avtomobil avtonom idarəetmədə innovasiyalı sistemlə təchiz edilib.

Şirkətdən bildiriblər ki, prototip 5-ci səviyyəli avtonom idarəetmə sistemi ilə təchiz edilib ki, bu da idarəetmədə insana ehtiyac yaratmır. Avtomobilin təchizatına radar, sonar və kameralar daxildir. Bundan əlavə, konseptin elektron beyni yol hərəkətinin digər iştirakçıları və infrastruktur ilə əlaqə yarada bilir.

Volkswagen I.D. Vizzion Concept-in avtopilotu əvvəl baş vermiş problemlərin həlli yollarını yadda saxlayır. Volkswagen şirkəti sistemin tam hazır vəziyyətə gəlməsini 2025-ci ilə proqnozlaşdırır. Qeyd etmək lazımdır ki, hazırda bu cür avtomobillərin istifadəsi qanunla qadağan edilir.

Ədalət naminə deməliyik ki, Volkswagen I.D. Vizzion Concept-in salonunda az da olsa fiziki idarəetmə orqanı var. Məsələn, oturacaqların arasındakı konsolda fırlanan iki dairə var ki, onların vasitəsilə səsi azalda və ya avtomobili dayandırmaq mümkündür.

Volkswagen I.D. Vizzion Concept elektrokardır. O, elektrik güc qurğusu ilə təchiz edilir (ümumi gücü 306 a.g.): 102-güclü bir mühərrik qabaq oxda, 204-güclü digər mühərrik isə arxa oxda yerləşdirilib.

AUTO.AZ



Şərhlər


AD