Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cenevrədə yeni Kia Ceed SW təqdim edildi

Cənubi Koreya şirkəti KIA Motors Cenevrə avtosalonunda yeni universal avtomobil - KIA Ceed SportsWagon təqdim edib. Avtomobil ən yaxın günlərdə satışa çıxarılacaq.

Güman edildiyi kimi, yeni KIA Ceed SW elə eyniadlı kupe ilə, əlbəttə ki, arxa hissəni saymasaq, demək olar, eyni görünür. Avtomobil uzun dam və arxa hissə alıb ki, bu da yük üçün əlavə yer və daha da dözümlülülük deməkdir. Qeyd edək ki, yeni universalın arxa hissəsi alman brendi BMW ilə bir çox oxşar cəhətlərə malikdir.

Yeni universal KIA Ceed SportsWagonу-un təchizatı eyniadlı hetçbəklə eynidir. Burada müasir və yaraşıqlı mərkəzi konsol görmək olar. Konsolda informasiya-əyləncə sisteminin monitoru yerləşib.

Yeni universal KIA Ceed SW-nin daha zəngin və bahalı versiyaları bir sıra yeniliklər, o cümlədən qabaq oturacaqların isidilməsi və ventilyasiyası, arxa oturacaqların isidilməsi və 2-zonalı klimat kontrol alacaq.

Avtomobilin arsenalında, həmçinin smartfonlar üçün naqilsiz yükləmə funksiyası və s. əlyetərli olacaq. Həmçinin təchizata hərəkət rejimini seçməyə imkan verən sistem də daxil edilib, məsələn, Sport.

İlkin məlumata əsasən, yeni universal KIA Ceed SW elə hetçbəkdə olan eyni mühərriklə satışa çıxacaq. O cümlədən: 1,0- və 1,4-litrlik benzin, 1,6-litrlik dizel CRDi. Onlar 115-dən 140 a.g.-dək a.g.-ə malikdir.

AUTO.AZ



teqlər:
KIA, Kia Ceed, Ceed SW 19.02.2018

Şərhlər


AD