Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Mercedes-Maybach S-Class təqdim edilib

Mercedes-Benz şirkəti 2019-cu model ilinə aid təkmilləşdirilmiş möhtəşəm sedan Mercedes-Maybach S-Class təqdim edib. Limuzin Cenevrə 2018 avtosalonunda debüt edir. Yeni sedan sələfindən daha orijinal eksteryer dizaynı ilə seçilir. İndi Maybach brendi altında möhtəşəm avtomobilləri istənilən cəhətdən fərqləndirmək olar.

Xüsusilə, təkmilləşdirmədən sonra möhtəşəm sedan Mercedes-Maybach S-Class vertikal xətləri olan yeni radiator barmaqlığı alıb. Qeyd edək ki, bu element Maybach-ın orijinal modellərini xatırladır. Bundan əlavə, Mercedes-Maybach S-Class ailəsi üçün məxsusi olaraq eksklüziv rənglər təklif edilir. Bu, həm eksteryerə, həm də interyerə aiddir. Şirkətdən bildiriblər ki, avtomobilin boyanması zamanı bir neçə laydan ibarət lak çəkilir və əl ilə cilalanır.

Yeni sedan Mercedes-Maybach S-Class-ın interyerinin bəzədilməsində bir neçə variantda dəri üzlükdən istifadə edilib. Həmçinin eksklüziv tikiş xətlərdən də istifadə edilib ki, onlar mis, qızıl və platin rəngindədir.

Texniki hissəyə gəldikdə, yeni Mercedes-Maybach S-Class S560/S560 4Matic modifikasiyası üçün 4,0-litrlik V8 mühərriki alıb ki, o, 469 a.g. və 700 Nm fırlanma anı verir.

Bundan əlavə, əvvəllər olduğu kimi, müştərilər 6,0-litrlik V12 də əldə edə bilərlər. S650 modifikasiyası 630 a.g.-ə, fırlanma anı 1000 Nm-ə malikdir. Lakin bu versiyaların dinamikası arasında fərq elə də böyük deyil: müvafiq olaraq 4,8 saniyə və 4,6 saniyə.

Möhtəşəm Mercedes-Maybach S-Class modelləri S450 versiyası zəif idi. Bu mühərriki olan sedan 6-silindrlidir və 367 a.g.-ə malikdir. Lakin hazırda alman şirkətinin saytında bu sedan barədə məlumat yoxdur.

AUTO.AZ



Şərhlər


AD