Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-dən yeni X4

Almaniyanın BMW şirkəti rəsmi olaraq idman yolsuzluq avtomobili X4-ün yeni nəslini təqdim edib. G02 indeksi olan Bavariya kross-kupesi sələfindən daha böyük alınıb və çoxlu sayda qabaqcıl texnologiya əldə edib. avtomobil bu il Cenevrədə keçiriləcək avtosalonda dünyaya təqdim ediləcək.

Qeyd edək ki, yeni BMW X4-ün dizaynı sürpriz olmadı, yəni, bir qədər əvvəl onun gizlin çəkilmiş fotoları internetdə yayılmışdı. Ümumilikdə, avtomobilin xarici görünüşü daha güclü və idmansayağı görünür. 2019-cu model ilinə məxsus krossover BMW X4 kifayət qədər böyük radiator barmaqlığı, yeni işıq texnikası, təkər diskləri və yeni aerodinamik asma alıb.

İstehsalçının məlumatına görə, yeni nəsil BMW X4 sələfinə nisbətən 81 mm uzun (4752 mm), 37 mm enli (1918 mm) və 3 mm alçaq (1621 mm) alınıb. Təkər bazası 2864 mm-dir. Şirkətdən bildiriblər ki, arxa oturacaq sərnişinlərin ayaqları üçün yer 25 mm böyüdülüb. Yeni BMW X4-ün baqajının tutumu 525 litrə bərabərdir (əvvəl 500 litr idi), arxa oturacaqlar yığıldıqda isə bu göstərici 1430 litr (əvvəl 1400 litr) olur. Bundan əlavə, avtomobilin aerodinamik müqaviməti 10 faiz azalaraq 0,30 təşkil edir.

Yeni nəsil krossoverin konstruksiyasında daha çox alüminiumdan və yüksək keyfiyyətli poladdan istifadə edilib. Bu, təkcə banın sərtliyini artırmayıb, həmçinin modelin çəkisini azaldıb. Sələfi ilə müqayisədə onun çəkisi təqribən 50 kq daha yüngüldür. Bavariyanın yeni SUV-nun baza modifikasiyası BMW X4 xDrive30i-dur. Bu avtomobil 2,0-litrlik, 4-silindrli, 248 a.g. və 350 Nm fırlanma anı olan mühərriklə təchiz olunub. Sürət qutusu 8-diapazonlu avtomatdır. Tam ötürücü xDrive. Avtomobil yerindən 100 km/saata 6 saniyəyə sürətlənir. ABŞ-da bu model 50450 dollara satılacaq.

Bununla yanaşı, yeni kross-kupe üçün benzin modifikasiyalı 2,0-litrlik, 184-güclü və dizel modifikasıyalı 2,0-litrli, 190 və 231 a.g.-ə malik iki mühərrik, habelə 3,0-litrlik, 256-güclü dizel aqreqat nəzərdə tutulub. Bütün versiyalar 8-diapazonlu avtomat sürət qutusu və tam ötürücü xDrive sistemi ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
BMW, BMW X4 15.02.2018

Şərhlər


AD