Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni gücləndirilmiş Mercedes-AMG G63

Güman edildiyi kimi, gücləndirilmiş yeni yolsuzluq avtomobili Mercedes-AMG G63 4,0-litrlik V8 mühərriki alıb ki, o, 585 a.g.-ə, 850 Nm-ə malikdir. Şirkətdən bildiriblər ki, güc aqreqatının ən yüksək həddi dəqiqədə 2500-dən 3500 dövrə qədərdir.

Güclü mühərrik 9-diapazonlu AMG Speedshift TCT sürət qutusu və tam ötürücü 4Motion sistemi ilə birgə çalışır. Qeyd edilən məlumatlara əsasən, yeni Mercedes-AMG G63 yerindən 100 km/saata 4,5 saniyəyə sürətlənir, maksimal sürət isə 220 km/saatdır.

Bundan əlavə, Almaniya şirkəti müştərilərə yeni Mercedes-AMG G63-ü opsional olaraq AMG Driver paketi ilə təklif edə bilər. Belə olan halda avtomobilin maksimal sürəti 240 km/saata çatır.

2019 model ilinə məxsus yeni Mercedes-AMG G63-ün arsenalında AMG Cylinder Management sistemi də var ki, onun sayəsində yanacaq sərfiyyatını optimallaşdırmaq mümkün olub. O qoşulduqda ikinci, üçüncü, beşinci və səkkizinci silindrlər sönür.

Bildirilib ki, avtomobilin yanacaq sərfiyyatı 100 km məsafəyə 13,2 litrdir. Alman brendinin nümayəndələri qeyd ediblər ki, yeni Mercedes-AMG G63-ün sürücüsü idarəçilik zamanı digər rejimə keçərkən heç bir əziyyət çəkməyəcək.

Ənənəyə uyğun olaraq, yeni güclü Mercedes-AMG G63 adi modeldən idmansayağı aerodinamik asma, qırmızı supportları olan deşikli əyləc mexanizmləri, 22-düymlük disklərlə seçilir.

Bundan əlavə, yüksək məhsuldarlı avtomobil üçün AMG Night paketi də əlyetərlidir. Onun tərkibinə tutqun qara 21- və ya 22-düymlük disklər, tündləşdirilmiş işıq texnikası, tünd şüşələr, güzgülərin qara korpusları bamperlərin orijinal işlənilməsi daxildir.

Gücləndirilmiş Mercedes-AMG G63-ün salonunda Nappa dərisi ilə işlənmiş idmansayağı nadir AMG Performance sükanı, avtomobilin səsini tənzimləmək üçün xüsusi düymə, adaptiv kruiz-kontrol, idman oturacaqları görmək olar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class, AMG 14.02.2018

Şərhlər


AD