Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Hyundai Santa Fe-nin sirri açıldı

Hyundai Motor Company yolsuzluq avtomobili Hyundai Santa Fe-nin yeni nəslinin sirrini açıb. O, daxili bazar üçün nəzərdə tutulub. Brendin yerli dilerləri artıq sifarişləri qəbul etməyə başlayıblar.

Hazırda Koreya şirkəti yeni Hyundai Santa Fe-nin iki rəsmi şəklini dərc edib. Birində eksteryerin, digərində isə interyerin dizaynı göstərilib. Həmçinin avtomobil barədə bəzi məlumatlar bəlli olub.

Beləliklə, yolsuzluq avtomobili Hyundai Santa Fe-nin dördüncü nəsli tam yeni eksteryer və interyer dizaynı alıb. Xarici görünüşdə yeni radiator barmaqlığı, kompakt kross Kona üslubunda hazırlanmış orijinal işıq texnikası var.

Yeniliyin ölçüləri də məlumdur: Hyundai Santa Fe-nin uzunluğu 4700 mm, eni 1880, hündürlüyü 1680-dir. Təkər bazasının ölçüsü 2700 mm təşkil edir. Ümumilikdə, avtomobil daha müasir və dəbli görünür.

2019-cu model ilinə məxsus Hyundai Santa Fe-nin salonu tamamilə dəyişilib. Burada yeni sükan, qabaq panel, informasiya-əyləncə sistemi və səs ilə idarə edilən sensorlu monitor görmək olar.

Yeni Hyundai Santa Fe Cənubi Koreya bazarında 2,0-litrlik benzin, 2,0- və 2,2-litrlik dizel mühərriklərlə, 8-pilləli sürət qutusu ilə təklif ediləcək. Şirkət yaxın günlərdə mühərrikin xarakteristikası barədə məlumat verəcək.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Santa Fe 10.02.2018

Şərhlər


AD