Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni Sprinter təqdim edib

Almaniyanın premial Mercedes-Benz markası rəsmi surətdə yeni nəsil Sprinter təqdim edib. Məşhur kommersiya avtomobili bir sıra qabaqcıl texnologiya, qabaq, arxa və tam ötürücü, o cümlədən banın və şassinin tipindən, banın hündürlüyündən və enindən,  yükvurma yerinin böyüklüyündən, oturacaqların sayından və güc qurğusundan asılı olaraq 17000-dən çox müxtəlif həll variantları alıb.

Qeyd edək ki, yeni Mercedes-Benz Sprinter-in Avropada satışı cari ilin iyununa planlaşdırılıb. Lakin alman dilerlər artıq model üçün sifarişləri qəbul etməyə başlayıblar. Qiymət 19900 avrodan başlayır. Gələn il şirkət yeni eSprinter-in elektrik versiyasını təklif etməyə planlaşdırır.

Şirkətdən bildiriblər ki, yeni modelin yükqaldırma qabiliyyəti 50 kq artıb, lakin yükləmə hündürlüyü 80 mm alçalıb. Yuxarıda da qeyd edildiyi kimi, yeniliyi qabaq, arxa və ya tam ötürücü ilə sifariş etmək olar. Qabaq ötürücülü modeli 9-diapazonlu avtomat və ya 6-pilləli mexaniki sürət qutusu ilə əldə etmək olar.

Yeni Mercedes-Benz Sprinter 6 ban növü ilə təklif edilir – panel furqondan tutmuş, 20-yerlik sərnişin avtomobilinədək. Həmçinin təkər bazası üçün 5 variantlı ölçü də təklif edilir – 3250 mm-dən 4325 mm-dək. modifikasiyadan asılı olaraq yükqaldırma qabiliyyəti 2,5 tondan 5,5 tona qədərdir.

Yeni nəsil Mercedes-Benz Sprinter Avropa bazarında müxtəlif güc aqreqatları ilə təklif ediləcək: 2,1-litrlik, 4 silindrli 114, 143 və 163 a.g.-lü dizel mühərrik. Bəzi modifikasiyalarda gücləndirilmiş mühərrikdən istifadə ediləcək (177 a.g.).

Həmçinin 3,0-litrlik dizel altılıq da olacaq ki, o, 190 a.g. və 440 Nm-ə malikdir. Bununla yanaşı, 2019-cu ildə elektrikli Mercedes-Benz eSprinter bazara çıxarılacaq. Bu avtomobilin texniki hissəsi barədə hələlik məlumat yoxdur. Şirkətdən sadəcə onu təsdiq ediblər ki, o, böyük şəhərlərin daxilində istifadə üçündür.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz Sprinter 07.02.2018

Şərhlər


AD