Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes G-Class AMG Line paket alıb

Xatırladaq ki, bir neçə gün əvvəl xarici KİV-lər yeni nəsil gecə paketli yolsuzluq avtomobili Mercedes-Benz G-Class-ın təsvirini yaymışdı. Bütün bunlar ondan xəbər verir ki, Almaniyanın premial markası ənənəyə uyğun olaraq bu model üçün bir çox əlavə aksessuarlar hazırlayır.

Yolsuzluq avtomobili Mercedes-Benz G-Class AMG Line adi modeldən bir sıra üslub həlləri ilə seçilir ki, onların sayəsində avtomobildə aqressiv və idmansayağı xarici görünüş yaranıb. Qeyd edək ki, bəzi elementlər yüklənmiş Mercedes-AMG G63-ün necə görünəcəyindən xəbər verir.

Məsələn, idman paketi olan avtomobilin qabaq və arxa hissələri dəyişib və o, unikal əlavələri olan yeni aerodinamik asma alıb. Bundan əlavə, əyləc supportlarında alman şirkətinin imzası peyda olub. Həmçinin məlumat verilir ki. AMG Line paketinin tərkibinə idman qaz buraxma sistemi daxildir ki, onun sayəsində səs dəyişib.

Mercedes-Benz G-Class AMG Line-ın salonunda bir sıra yeniliklər, o cümlədən yüksək keyfiyyətli Nappa dərisi görmək olar. Burada, həmçinin firma xalıları, təzad yaradan aksentlər və qırmızı təhlükəsizlik kəmərləri var.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class, AMG 02.02.2018

Şərhlər


AD