Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni Santa Fe-nin dizaynını təqdim edib

Hyundai şirkəti krossover yeni nəsil Santa Fe-nin bir neçə tizerini dərc edib. Onlara əsasən demək olar ki, avtomobilin dizaynı öz sələfindən çox fərqlənir. Avtomobil yeni radiator barmaqlığı, idmansayağı bamperlər, böyük təkərlər, ikiqat qabaq optika alıb. Krossover, həmçinin Kona üslubunda fənərlər və yeni kapotla təchiz olunacaq.

Gələcək nəsil Santa Fe-nin texniki xarakteristikası hələlik sirr olaraq saxlanılır. Motor1-in məlumatına görə, yeni Hyundai Santa Fe-nin mühərrik qammasına 2,4-litrlik atmosferli mühərrik daxil ediləcək. Həmçinin 2,0-litrlik benzin turbo mühərrikin də peyda olacağı gözlənilir. Ən güclü versiyalar 3,5-litrlik mühərrik alacaq. Dizel modifikasiyası 2,0- və 2,2-litrlik mühərriklərlə təchiz ediləcək.

Avtomobil qabaqcıl təhlükəsizlik sistemləri alacaq. Hyundai-dan bildiriblər ki, onlardan bəzilərindən seriyalı avtomobillərdə ilk dəfə istifadə olunacaq.

Modelin debütü cari ilin martında Cenevrə avtosalonunda olacaq. Dördüncü nəsil krossover satışa 2018-ci ilin ikinci yarısında çıxarılacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Santa Fe 27.01.2018

Şərhlər


AD