Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia-dan yeni Cerato

Cənubi Koreyanın Kia Motors Corporation şirkəti rəsmi elandan və bir sıra dərc edilmiş təsvirlərdən sonra rəsmi surətdə yeni nəsil kompakt sedan KIA Forte-nin sirrini açıb. Həmçinin KIA Cerato və KIA K3 adı ilə məşhur olan avtomobil Şimali Amerikada keçirilən beynəlxalq Detroyt-2018 avtosalonu çərçivəsində debüt edib.

Hələ rəsmi təqdimata qədər güman edildiyi kimi, yeni dördqapılı KIA Cerato-nun dizaynında bu yaxınlarda təqdim olunmuş Stinger-in üslubundan istifadə edilib. Sedan sələfindən daha uzun kapotu və qısaldılmış arxa hissəsi ilə seçilir.

Qabaritlərə gəldikdə, KIA Cerato 2019-un banının uzunluğu 2640 mm, hündürlüyü 1440 mm, eni isə 18000 mm-dir. Beləliklə, avtomobil daha uzun və hündür alınıb. Baqajın həcmi isə 428 litrdir.

Kompakt sedanın mühərrik hissəsində 2,0-litrlik, 4-silindrli, ikinci nəsil Nu ailəsinin yükləyicisi olan benzin aqreqat dayanır. Bu aqreqat 147 a.g.-ə, 179 Nm-ə malikdir. Mühərrik ya 6-pilləli mexaniki, ya da yeni IVT variatorlu (Intelligent Variable Transmission) sürət qutusu ilə birgə çalışır. Avtomobil 100 km məsafəyə 6,7 litr yanacaq sərf edir.

AUTO.AZ



teqlər:
KIA, Kia Cerato 23.01.2018

Şərhlər


AD