Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yeni yolsuzluq avtomobili təqdim edib

Detroyt-2018 beynəlxalq motor-şousunda konseptual yolsuzluq avtomobili Lexus LF-1 Limitless Concept debüt etdi. Yenilik dünyaya premial brendin gələcək dizaynının istiqamətini, həmçinin müasir texnologiyanın yeni mərhələsini nümayiş etdirir.

Möhtəşəm yolsuzluq avtomobili Lexus LF-1 Limitless Concept-in qabarit uzunluğu 5014 mm, eni 1986 mm, hündürlüyü isə 1605 mm-dir. Oxlar arasındakı məsafə 2974 mm-dir. Şirkətdən bildiriblər ki, yeniliyin xarici görünüşü Kaliforniyanın CALTY Design Research studiyasının mütəxəssisləri tərəfindən hazırlanıb.

Lexus LF-1 Limitless Concept-in dizaynının adı əridilmiş katanadır. Brendin nümayəndələri bildiriblər ki, yeni modelin dizaynı özündə əridilmiş metalın formasını və ənənəvi yapon qılıncının iti kənarlarını birləşdirir.

Lexus LF-1 Limitless Concept – bu, bizim krossover imkanlarını əhatə etməklə müasir sedanlarda olan məhsuldarlıqdan və möhtəşəmlikdən imtina etməyən yeni flaqman avtomobilimizin görünüşüdür. LF-1 Limitless konsepsiyasına yaradıcı texnologiyalar daxildir ki, buna sürücü və sərnişinlər üçün insani təcrübəni yaxşılaşdıran güclü emosional rabitə aiddir.

Güman edildiyi kimi, Yaponiya şirkəti prototip Lexus LF-1 Limitless Concept-in texniki təchizatı barədə məlumat verməyib.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LF-1 Limitless Concept 22.01.2018

Şərhlər


AD