Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Toyota Avalon

Yaponiyanın Toyota Motor Corporation şirkəti Detroyt-2018 avtosalonunda yeni nəsil sedan Toyota Avalonun sirrini açıb. TNGA (Toyota New Global Architecture) platformasında yığılan böyük və komfortlu avtomobil cari ilin yaz mövsümünün sonunda satışa çıxarılacaq.

Sirr deyil ki, sedan Toyota Avalon yapon brendinin model sırasında Camry-dən üstün yerdə durur, daha böyükdür və qabaqcıl texnologiyaya təklif edir.

Sələfindən fərqli olaraq yeni sedan Toyota Avalon daha uzun, enli və alçaq alınıb. Lakin təkər bazası böyüyüb. Şirkətdən bildiriblər ki, uzunluğun artması daha çox salonun böyüməsi hesabına mümkün olub. Beləliklə, avtomobil daha geniş və komfortlu alınıb. Qabaqritlər (uzunluq/en/hündürlük): 4 978/1 849/1 435 mm (+18/+15/-25 mm). Təkər bazası– 2 870 mm (+51 mm).

Tam ölçülü sedan Toyota Avalon-un eksteryerinin dizaynı haradasa yeni nəsil Camry-yə bənzəyir. Lakin böyük avtomobil bir çox nadir həllər alıb. Avtomobilin qabaq hissəsində böyük radiator barmaqlığı, yeni bamper və diod işıqlı faralar görmək olar.

Yeni sedan Toyota Avalon 2019 3,9-litrlik V6 mühərriki ilə təklif edilir. Mühərrik yanacağın ikiqat sıçradılması sistemi D4-S ilə təchiz edilib. Bildirilib ki, mühərrik 268 a.g.-ə malikdir, lakin fırlanma anı məlum deyil. Transmissiya 8-diapazonlu avtomatdır. O, 6-pilləli avtomat sürət qutusunu əvəzləyib.

Bununla yanaşı, Toyota Avalon üçün hibrid modifikasiya da nəzərdə tutulub. Bu halda avtomobil 2,5-litrlik daxili yanmalı mühərrik, elektrik mühərriki, variator və akkumulyator bloku alır. İndi batareya bloku baqajın altında deyil, arxa oturacağın altında yerləşir. Toyota-dan bildiriblər ki, elektron sistemin böyük hissəsi kiçik və yüngül hazırlanıb. Bildirilib ki, V6-da olduğu kimi, indi də yanacaq sərfiyyatı azalıb və güc artırılıb, lakin dəqiq rəqəmlər məlum deyil.

Toyota Avalon 2019-un interyeri də ciddi dəyişikliyə məruz qalıb, lakin qeyd edək ki, salonda fiziki düymələr çoxdur. Bahalı versiyalarda avtomobildə daha çox ağac, dəri və alüminium quraşdırılıb.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Avalon 21.01.2018

Şərhlər


AD