Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-AMG-dən 53-Series modelləri

Almaniyanın Mercedes-Benz şirkəti Detroytda yeni Mercedes-AMG 53-Series modelləri təqdim edib. Bu sıralamada CLS, E-Class Coupe və E-Class Cabriolet avtomobilləri təklif ediləcək. Bundan əlavə, qarşımızda ilk elektrikləşdirilmiş AMG modelləri dayanıb.

Yeni Mercedes-AMG 53-Series modellərinin əsas xüsusiyyəti, əlbəttə ki, onun texniki hissəsidir. modellər 3,0-litrlik, 6-silindrli, 435 a.g. və 520 Nm fırlanma anına malik, əlavə 21 a.g. və 250 Nm verən EQ Boost (starter-generator) sistemi ilə uyğunlaşan twin-turbo mühərriki ilə təchiz edilir. Demək olar ki, təqdim edilmiş avtomobillər yumşaq hibrid alıblar.

Güc aqreqatı 9-diapazonlu avtomat AMG Speedshift TCT 9G sürət qutusu və tam ötürücü 4Matic+ ilə birgə çalışır. Həmçinin qeyd edilməlidir ki, yuxarıda göstərilən mühərrikə turbokompressor və elektrikli daha bir turbokompressor quraşdırılıb. Şirkətdən bildiriblər ki, elektrikli turbokompressor mühərrikə praktiki olaraq gecikmədən çalışmağa imkan verir.

Bu cür texnologiyadan istifadə etməkdə əsas məqsəd yanacaq sərfiyyatını, zərərli maddələrin atmosferə buraxılışını azaltmaq, eyni zamanda, AMG loqotipi olan avtomobilin məhsuldarlığını və dinamikasını artırmaqdan ibarətdir. Məsələn, yeni 5-qapılı model Mercedes-AMG CLS 53 4Matic+ yerindən 100 km/saat sürəti 4,5 saniyəyə yığır. Maksimal sürət 270 km/saatdır. Qarışıq rejimdə hər 100 km məsafəyə avtomobil 8,5 litr yanacaq sərf edir.

Mercedes-AMG şirkətinin məlumatına görə, 53-Series xüsusi Edition 1 versiyalı yeni modellərdə debüt edəcək. Belə avtomobillər xüsusi eksteryer və interyerə malik olurlar. Bir daha təkrar etmək istəyirik ki, hazırda Mercedes-AMG CLS53 4Matic+, Mercedes-AMG E53 Coupe və Mercedes-AMG E53 Cabriolet modelləri təqdim edilib.

AUTO.AZ

Mercedes-AMG CLS 53 4Matic+

Mercedes-AMG E 53 4Matic+ Coupe

Mercedes-AMG E 53 4Matic+ Cabriolet



Şərhlər


AD