Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes G-Class rəsmən təqdim edildi

Sirr deyil ki, yolsuzluq avtomobili Mercedes-Benz G-Class zamanın sınağından keçib və Almaniyanın premial brendinin gözüdür. Bu fenomenal uğura əsaslanaraq şirkət tam yeni modeli rəsmi surətdə təqdim edib. Yeni Geländewagen Detroyt-2018 avtosalonunda təqdim edildi.

Yeni yolsuzluq avtomobili Mercedes-Benz G-Class 2019-un eksteryerinin dizaynında inqilabi dəyişikliklər olub. Qabaq hissədə məşhur radiator barmaqlığı, yumru faralar görmək olar. Bundan əlavə, avtomobil yeni kapot və aerodinamikanı yaxşılaşdırmaq məqsədilə daha da dairəvi olmuş qabaq bamper alıb.

Bir daha təkrar edək ki, yeni nəsil Mercedes-Benz G-Class modeli dördkünc üslubunu qoruyub ki, bu da bir çoxunun xoşuna gəlib. Şirkətdən bildiriblər ki, yeni Geländewagen sələfindən 53 mm daha uzun (4715 mm) və 121 mm daha enli (1881 mm) alınıb. Alman brendinin mətbuata bəyanatında bildirilib ki, avtomobil bütün göstəricilərinə görə daha böyük alınıb.

Buna baxmayaraq, o, 170 kq yüngülləşib, ban poladdan yığılıb, lakin kapot, qanad və qapılar alüminiumdandır. Burma sərtliyi 6537-dən 10162 Nm/qrada qədər artıb. Mercedes-Benz G-Class-ın (W464) interyerinin sirrini alman şirkəti bir qədər əvvəl açıb. Qeyd edildiyi kimi, salonda tamamilə yeni sükan, metal aksentlər, karbon lifindən və ağacdan əlavələr peyda olub.

Ənənəyə əsasən, yeni nəsil yolsuzluq avtomobili Mercedes-Benz G-Class-da çoxlu sayda opsiyalar, o cümlədən Burmester akustika sistemi, yüksək keyfiyyətli dəri işləmələr, qabaq oturacaqlarda qızdırıcı, ventilyasiya və massaj funksiyalarını təmin edən Active Multicontour Seat peyda olacaq. Həmçinin tərkibinə qapılardakı, cihazlar panelindəki və mərkəzi konsoldakı üzləmələr üçün Nappa dərisi daxil olan Exclusive Interior Plus paketi nəzərdə tutulub.

Satışa çıxarkən yolsuzluq avtomobili Mercedes-Benz G-Class 4,0-litrlik V8 tvin-turbo mühərriki (421,48 a.g. və 609 Nm fırlanma anı) ilə təchiz ediləcək. Mühərrik 9-pilləli avtomat sürət qutusu və tam ötürücü sistemlə birgə işləyəcək.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class 18.01.2018

Şərhlər


AD