Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Velar yeni asma alıb

Məşhur avtomobil atelyesi Lumma Design özünün son modernləşdirmə proqramını təqdim edib. O, Britaniyanın yolsuzluq avtomobili Range Rover Velar üçün nəzərdə tutulub. Avtomobil yeni aerodinamik asma alıb və daha cəlbedici görünür.

Modernləşdirilmiş yolsuzluq avtomobili Range Rover Velar by Lumma Design-ın təkər arkaları avtomobili 100 mm enli edib. Bununla yanaşı, tüner model üçün spoyleri olan yeni qabaq bamper və Cup hava splitteri hazırlayıb ki, onun sayəsində maşının aerodinamikası yaxşılaşıb.

Avtomobil Lumma CLR GT yeni radiator barmaqlığı, kapotda böyük ventilyasiya kəsikləri, modifikasiya edilmiş ətəklər, damda spoyler, diffuzoru olan arxa örtük və qaz buraxma sistemi üçün 4 ədəd boru alıb.

Lumma Design şirkəti Range Rover Velar modeli üçün, həmçinin 22 və 23-düymlük unikal təkər diskləri, Michelin (305/35) və Continental (305/30) şinləri təklif edir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Velar, Lumma Design 17.01.2018

Şərhlər


AD