Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Volkswagen Jetta: ilk foto

Detroy-2018 Beynəlxalq avtosalonu çərçivəsində Almaniyanın Volkswagen şirkəti rəsmi surətdə yeni kompakt sedan Jetta-nı təqdim etdi. Məşhur avtomobil daha yüksək sinfə aid eksteryer dizaynı və bir çox qabaqcıl texnologiyalar alıb.

Yeni VW Jetta 2019-u təqdim edərkən alman avtomobil nəhənginin nümayəndələri deyiblər: “Jetta – bu, dünyada ən uğurlu sedanlardan biridir və 1979-cu ildə işıq üzü görəndən bəri 16 milyon tirajla buraxılıb: 3.2 milyondan çoxu ABŞ-da satılıb. İndi biz MQB platformasında (Volkswagen Modular Transverse Matrix) yığılan avtomobil təklif edirik ki, onun daha yaxşı dizaynı, əvvəlki modelə nisbətən daha böyük salonu və yeni texnologiyası var”.

MQB platformasına keçid sayəsində yeni nəsil kompakt sedan Volkswagen Jetta sələfinə nisbətən daha uzun, enli və hündür olub. Xüsusilə, avtomobilin təkər bazası və uzunluğu 200 mm-dən çox böyüyüb. Ölçülər (uzunluq, en, hündürlük): 4 702/1 799/1 459 mm. Təkər bazasının ölçüsü 2686 mm-dir. Qabaq hissə 10 mm qısa, arxa hissə isə 18 mm böyükdür. Baqajın həcmi 510 litrdir.

Sedan Volkswagen Jetta 2019 1.4-litrlik yükləyici və birbaşa sıçratma funksiyası TSI mühərriki ilə təchiz edilib. Bu mühərrik yeni deyil, əvvəlki modellərə də quraşdırılıb. O, 109 kVt (148,2 a.g.) gücündədir, fırlanma anı 249 Nm-dir. Dartma gücü qabaq təkərlərə 6-pilləli mexaniki və ya 8-pilləli avtomat sürət qutusu vasitəsilə ötürülür. Gələcəkdə şirkət Jetta GLI modelinin daha güclü versiyasını təklif edəcək.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Jetta 17.01.2018

Şərhlər


AD