Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford yeni Ranger-i rəsmi surətdə təqdim etdi

Chevrolet-in yeni Silverado-nu təqdim etməsindən bir neçə saat sonra Amerikanın Ford Motor şirkəti 2019-cu model ilinə məxsus pikap Ford Ranger-in sirrini açdı. O, Şimali Amerika bazarında satılacaq.

Yeni pikap Ford Ranger Detroyt-2018 avtosalonu çərçivəsində debüt edəcək. Qeyd edək ki, avtomobilin seriyalı istehsalı cari ilin sonlarında başlayacaq və gələn ildən satışa çıxarılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl internetdə yeni pikap Ford Ranger-in eksteryerinin dizaynının sirri açılmışdı. Avtomobil Chevrolet Colorado/GMC Canyon, Toyota Tacoma, Honda Ridgeline vı Nissan Frontier modelləri ilə rəqabət aparacaq.

Pikap Ford Ranger yeni radiator barmaqlığı, diodlu optika alıb. Bununla yanaşı, avtomobildə yeni relyefli kapot, ventilyasiya olunan qabaq qanadlar və enli təkər arkaları olacaq.

AUTO.AZ



teqlər:
Ford, Ford Ranger 16.01.2018

Şərhlər


AD